Navigation Free CRM
Blue Cloud CRM
0844 818 0475    info@bluecloudcrm.co.uk
Blue Cloud CRM

Yeni istifadəçiyəm. İlk öncə nədən başlamaq lazımdır?
İlk olaraq bütün məlumatınızın dügün olmasından əmin olmalısınız. Bunu etmək üçün yuxarı sol küncdə yerləşən "Side Wide Settings" düyməsinə klikləyin. Yeni səhifədə ətraflı məlumatınız göstəriləcək. Səhv məlumatın göründüyü halda və ya məlumatın təzələnməsi ehtiyacı olsa bizimlə əlaqə saxlayın. Növbəti addım sizim əlaqə edəcəyiniz müştərilərin kateqoriyalara bölünməsidir. Misal üçün: "Ticarət", "Sənaye", "Dövlət" və s.

 

Əsas kateqoriyanı necə yaratmalıyam?
"Side Wide Settings" bölməsində "Create New Main Category" düyməsinə klikləyin. Yeni kateqoriyaya ad verəndən sonra ona sıra nömrəsi verin. Misal üçün: "Ticarət 1". Sonradan "Submit" düyməsinə klikləyin. Bir neçə kateqoriyanı qatmaq üçün həmin prosessi təkrarlayın.

 

Sub-kateqoriyanı necə yaratmalıyam?
"Side Wide Settings" bölməsində "Main Category" düyməsinə klikləyin. Yaratdığınız bütün kateqoriyaların siyahısı göstəriləcək. Hər sətirdə Sizin kateqoriyanın və münasib sıra nömrəsi qeyd olunur. Kateqoriya məlumatının yanında "sub cats" düyməsi var. Həmin düymədən istifadə etməklə, Siz istənilən əsas kateqoriya üçün bir neçə sub-kateqoriya yarada bilərsiniz. Sub-kateqoriyalarının adlarını qeyd etdikdən sonar "Submit" düyməsinə klikləyin.

 

Yeni sahibkarlıq/müəssisə/əlaqə məlumatlarını necə əlavə etməliyəm?
Yeni sahibkarlıq/müəssisə/əlaqə məlumatlarını daxil etməə üçün yaşıl rəngli "+ Contact" düyməsinə klikləyin. Bütün lazımi bölmələri: müəssisə adı, əlaqə nömrələri, kateqoriya (əgər yoxdursa, sadəcə "All" düyməsinə klikləyin) daxil edin. Məlumatların doğruluğuna əmin olduqdan sonra "Continue" düyməsinə klikləyin. Mümkün qədər çox məlumat sətirlərinin doldurulması məsləhət görülür.

 

Müəssisə məumatlarını necə dəyişdirə bilərəm?
Müəssisə məlumatlarını dəyişdirmək üçün, ilk öncə, "search" (axtarış) bölməsində dəyişdirmək istədiyiniz müəssisənin adını yazın. Siyahıda axtarılan müəssisənin tapıldığı halda, adının üstünə klikləyin. Məlumatın düzgün dəyişdiyinizdən əmin olduqdan sonra "Update" düyməsinə klikləyin.
Mövcud müəssisə qeydiyyatına əlavə (ikinci dərəcəli) əlaqə məlumatını necə daxil edə bilərəm?
Əlavə (ikinci dərəcəli) əlaqə məlumatını daxil etmək üçün "search" (axtarış) bölməsində yeniləmək istədiyiniz müəssisənin adını yazın. "Contact" sətrində Siz artıq öncədən qeyd olunmuş əsasə əlaqə məlumatınə görəcəksiniz. Altdakı "+" işərəsinə klikləməklə Siz əlavə əlaqə məlumatlarını daxil edə bilərsiniz. Bir neçə əlavələr etmək üçün prosessi təkrarlamaq lazım olacaq.

 

Geriyə zəng funksiyasını necə təyin edə bilərəm?
Geriyə zəng qeydini təyin etmək istədiyiniz müəssisənin adını "Search" bolməsinə yazın. Bulud işarələrini yuxarısında mürəkkəb strukturlu menyu düymələri yerləşir. Birinci menyu düyməsindən geriyə zəng-in baş tutacağı tarixi seçin. Növbəti menyuda geriyə zəngin icrası üçün təyin olunmuş məsul şəxsin adını qeyd edin. Məlumatın doğruluğuna əmin olduqdan sonra "Addq" düyməsinə klikləyin.

 

Yeni görüşləri necə qeydiyyata almalıyam?
Görüş təyin edəcəyiniz şirkətin adını "Search" bölməsində yazın. Bulud işarələrini yuxarısında mürəkkəb strukturlu menyu düymələri yerləşir. Birinci menyu düyməsindən geriyə zəng-in baş tutacağı tarixi seçin. Növbəti menyuda geriyə zəngin icrası üçün təyin olunmuş məsul şəxsin adını qeyd edin. Məlumatın doğruluğuna əmin olduqdan sonra "APP" hissəsini seçib, "Add" düyməsinə klikləyin.

 

Geriyə zəng siyahısını necə görə bilərəm?
Səhifənin yuxarısında "Display" düyməsinə klikləyiib "all appointments" hissəsini qeyd edin. Kalendar qovluğu göstəriləcək. Maraqlandığınız tarixi seçib təyin olunmuş geriyə zənglər siyahısı ilə tanış ola bilərsiniz.

 

Təyin olunmuş görüşlərin siyahısını necə görə bilərəm?
Səhifənin yuxarısında "Display" düyməsinə klikləyiib "all appointments" hissəsini qeyd edin. Kalendar qovluğu göstəriləcək. Maraqlandığınız tarixi seçib təyin olunmuş görüşlər siyahısı ilə tanış ola bilərsiniz.

 

Yeni sifarişi necə qeydiyyata ala bilərəm?
İlk öncə sifariş etmiş müəssisənin adını "Search" bölməsində yazın. Müssisə adının yanında yaşıl rəngli "+ Order" düyməsinə klikləyin. Bunu etdikdən sonra Siz sifariş idarəsi səhifəsinə daxil olacaqsınız. Bütün tələb olunan məlumatları: Tarix, İzah (Bir neçə növ məhsul sifariş olunubsa "+" işarəsinə klikləməniz yetərlidir. Bütün məhsulları sıraladıqdan sonra sifariş miqdarını və 1 ədəd məhsulun qiymətini qeyd edin. ). VÖEN-i daxil etmək üçün "+ VAT" düyməsinə klikləyin. Bütün sifariş elementlərini doldurana kimi prosessi təkrarlayın. Əgər sifariş periodik xassəlidirsə və Siz hər yeni icra dövründə sifarişçiyə xatırlatma etmək istəyirsinizsə, növbəti bölümdəki SMS bölməsini doldurub yayım tarixlərini qeyd etmək lazımdır. SMS mətnini daxil etdikdən sonra "Submit SMS" düyməsinə klikləyin. Növbəti bölüm sifarişə bərkidiləcək istənilən əlavələri daxil etmək üçündür. Növbəti bölümdə Siz sifarişçi haqqında məlumatı daxil etməlisiniz (Ad, Soyad, Müəssisə, Ünvan və s.), gərək əsasında alternativ ünvanı qeyd etmək də yetərlidir. Bütün məlumatların doğruluğuna əmin olduqdan sonra yaşıl rəngli "Save Order" düyməsinə klikləyin.

 

Fakturanı necə çap edə bilərəm?
Fakturasını çap etmək istədiyiniz şirkətin adın "Search" bölməsində yazın. Bulud şəklində göstərilmiş " Orders" düyməsinə klikləyin. Bunu etdikdən sonra həmin müştəri şirkətinə təyin olunmuş sifarişlərin siyahısı göstəriləcək. Hər sətrdə 4 bölüm olacaq: Deal ID: ***, Print Invoice, Email Invoice, Delete (Sifariş Nömrəsi, Fakturanın Çapı, Fakturanın E-Mail Vasitəsi ilə Göndərilməsi, Fakturanı Silmək). Çap etmək üçün sadəcə "Print İnvoice" düyməsinə klikləyin.

 

Fakturanı ecə E-Mail vasitəsi ilə göndərə bilərəm?
Fakturasını çap etmək istədiyiniz şirkətin adın "Search" bölməsində yazın. Bulud şəklində göstərilmiş " Orders" düyməsinə klikləyin. Bunu etdikdən sonra həmin müştəri şirkətinə təyin olunmuş sifarişlərin siyahısı göstəriləcək. Hər sətrdə 4 bölüm olacaq: Deal ID: ***, Print Invoice, Email Invoice, Delete (Sifariş Nömrəsi, Fakturanın Çapı, Fakturanın E-Mail Vasitəsi ilə Göndərilməsi, Sifarişi Silmək). Çap etmək üçün sadəcə "E-Mail İnvoice" düyməsinə klikləyin.

 

Sifarişi necə silə bilərəm?
Fakturasını çap etmək istədiyiniz şirkətin adın "Search" bölməsində yazın. Bulud şəklində göstərilmiş " Orders" düyməsinə klikləyin. Bunu etdikdən sonra həmin müştəri şirkətinə təyin olunmuş sifarişlərin siyahısı göstəriləcək. Hər sətrdə 4 bölüm olacaq: Deal ID: ***, Print Invoice, Email Invoice, Delete (Sifarişin Seriya Nömrəsi, Fakturanın Çapı, Fakturanın E-Mail Vasitəsi ilə Göndərilməsi, Sifarişi Silmək). Çap etmək üçün sadəcə "Delete" düyməsinə klikləyin.

 

Əlaqə/Müştəri məlumatına necə əlavə qeydlər edə bilərəm?
Qeydlər əlavə etmək istədiyiniz müəssisənin adını "Search" bölməsində yazın. Bulud şəklində göstərilmiş "Notes" düyməsinə klikləyin. Yeni açılmış səhifədə istədiyiniz qeydləri əlavə edə bilərsiniz. Daxil etdiyiniz məlumatın doğruluğuna əmin olduqdan sonra "Submit" düyməsinə klikləyin.

Sifarişin qeydiyyatını aparanda hər-hansısa ünsürü daxil etməmişəm/səhv daxil etmişəmsə, sifarişi necə yeniləmək olar?
Sifarişində dəyişiklik etmək istədiyiniz müəssisənin adını "Search" bölümündə yazın. Bulud şəklində göstərilmiş " Orders" düyməsinə klikləyin. Dəyişiklik etmək istədiyiniz sifarişin seriya nömrəsinə klikləyin. Açılan səhifədə Siz istədiyiniz məlumatı daxil edə bilərsiniz. Dəyişklikləri yaddaşa salmaq üçün "Save Order" düyməsinə klikləyin.

 

Yeni istifadəçini necə qeydiyyata almalıyam?
Səhifənin yuxarı sol hissəsindəki "Users" bölməsinə daxil olun. "+ add User" düyməsinə klikləyib, yeni istifadəçi haqqında bütün lazimi məlumatı daxil edin. "Submit" düyməsinə klikləyin. Yeni istifadəçini sistemə daxil olması üçün qeydiyyat zamanı daxil etdiyiniz istifadəçi adı və şifrə istifadə olunmalıdır.

 

CRM-ə sənədlərimi necə yükləyə bilərəm?
Səhifənin yuxarı sol hissəsindəki "Documents" bölməsinə daxil olun. Sənədlərinizi yükləmək istədiyiniz qovluğu seçdikdən sonra "upload new document" düyməsinə klikləyin. Yaddaşınızdan sənədlərin lokasiyasını (yerləşməsini) təyin etdikdən sonra "upload" düyməsinə klikləyin. Yeni sənədiniz qovluq siyahısında peydə olacaq.

 

Email Marketing profilini necə yarada bilərəm?
Daxil olma bölümünün altındakı "open new Account" düyməsinə klikləyin. Yeni profilinizin tarif planını seçin ("PAYG FREE" və ya "Monthly Saver"). Yeni profilinizin məlumatlarını daxil edin (Ad, Soyad, Şirkətin adı, E-Mail, Web səhifə, istifadəçi adı (login). Məsləhət olunur ki, Siz həm CRM həm də E-Mail platformanız üçün eyni e-mail loginindən istifadə edəsiniz. Məlumatları yaddaşda saxlayandan sonra E-Mail-ınıza təsdiq məktubu gələcək.

 

Bütün əlaqələr bazasına necə Email göndərə bilərəm?
Bu çox asandır. İlk öncə əlaqələr bazasını .CSV formatında kompyuterinizin yaddaşına yükləyin. Sonradan, Email Campaign Manager proqramına daxil olmağınız gərəkdir. Bundan sonra tələb olunan bütün addımlardan keçib Email-inizi yayımlaya bilərsiniz.

 

Öz məlumat bazamı sistemə necə yükləyə bilərəm?
Əsas səhifədə "IMPORT" düyməsinə klikləyin. Öz .CSV faylınızı yaratmaq üçün təqdim olunan təlimat ilə tanış olmağınız gərəkdir. Təlimat ilə tanış olduqdan sonra "Browse" düyməsinə klikləyərək sistemə yükləmək istədiyiniz .CSV faylı seçin. Yükləyəcəyiniz bölüm və qovluğu seçmək çox vacibdir. "IMPORT .CSV FILE" düyməsinə klikləyin. Bundan sonra yeni məlumatlarınız əlaqələ bazasında peydə olacaq.

əlaqə